MKG Xəstəxanası Məqsəd
MKG Xəstəxanasının Məqsədi Haqqında ətraflı məlumat.
Mərkəzi Klinika Gəncə Xəstəxanası Azərbaycan səhiyyəsinə yeni, beynəlxalq standartlara uyğun tibbi xidmət sistemini və təfəkkürünü formalaşdırmaq və həyata keçirməkdən ibarət olan məksədləri:
• Xalqımıza yüksək keyfiyyətli və beynəlxalq standartlara cavab verən tibbi xidmət göstərmək;
• Tibbin ən son nailiyyətləri, müasir texnika və texnologiyalarından istifadə etməklə xalqımıza müasir standartlar səviyyəsində tibbi xidmət göstərmək;
• Azərbaycan vətəndaşlarının xarici ölkələrdə deyil, məhz öz vətənlərində indiyədək həyata keçirilməmiş hər növ tibbi xidmətlər almalarını təmin etmək;
• Yüksək ixtisaslı və müasir səviyyədə tibbi bilik və bacarığa malik milli tibbi kadrlar hazırlamaq;
• Tibdəki yenilikləri tədbiq etmək.