1. Ana Səhifə
  2. Haqqımızda
MƏRKƏZİ KLİNİKA GƏNCƏ XƏSTƏXANASI
Tarixçəmiz

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında 2008-ci ildə Gəncə Müalicə Diaqnostika Mərkəzinin binası inşa edilmişdir.
02.11.2011-ci ildə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sərəncamı əsasında Gəncə Müalicə Diaqnostika Mərkəzinin olan binalar, tikili və qurğular, onlara aid olan əmlakla birlikdə, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətlərinin balansına verilmişdir.
Həmən tarixdən etibarən əsaslı təmir-tikinti və yenidənqurma işlərindən sonra konseptini dəyişərək, regionun ən iri, müasir və geniş profilli səhiyyə müəssəsinə çevrilmişdir.
01.03.2012 il tarixində “Mərkəzi Klinika” MMC və Gəncə Müalicə Diaqnostika Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində, tibbi xidmətlərin müasir standartlarda təşkili istiqamətində birgə fəaliyyət göstərirlər.
Gəncə Müalicə Diaqnostika Mərkəzi 2013-cü ilin sentyabr ayından etibarən Mərkəzi Klinika Gəncə Xəstəxanası adı altında fəaliyyətini davam etdirir.
Mərkəzi Klinika Gəncə Xəstəxanası tibbin bütün sahələri üzrə peşəkar və keyfiyyətli xidməti ilə qısa müddət ərzində regionun aparıcı tibb müəssisəsi kimi tanındı.Mərkəzi Klinika Gəncə Xəstəxanasının həyətyanı sahəsi 22.000 m2, xəstəxananın binasının sahəsi isə 12.000 m2-dir.
Mərkəzi Klinika Gəncə Xəstəxanası dünya standartlarına uyğun, müasir təbabətin tələblərinə cavab verən, modern avadanlıq və peşəkar həkimlərinə görə nəyinki bölgə əhalisinə, eyni zamanda, respublikanın sakinlərinə və xarici vətəndaşlara 7/24 saatlıq iş rejimində xidmət göstərən səhiyyə müəssisəsidir.Burada xaricdə və Bakı Mərkəzi Klinikada çalışmış, mütamadi olaraq ixtisasartırma kursları , seminar və konfranslarda iştirak edən yüksək ixtisaslı, peşəkar həkimlərdən ibarət müasir xəstəxanalardan biridir.

Xəstəxanamızda 7 əməliyyat bloku, 4 ayılma otagı, 17 çarpayıdan ibarət 2 bölməsi 6 çarpayı (ürək-damar xəstələri üçün və ümumi reanimasiya xəstələri üçün ) Anesteziologiya-Əməliyyatxana şöbəsi, Reanimasiya və İntesiv şöbəsi fəaliyyət göstərir.

Xəstaxananın 7/24 saat fəaliyyət görsədən Stasionar şöbəsində, pasiyentlərin yerləşməsi və müalicəsi üçün 120 çarpayılıq palatalar, müasir tibbi təlabatlara və standartlara uyğun təşkil edilməklə yanaşı müasir interyerə malikdir. Xəstəxanamız ən müxtəlif patoloqiyalar ilə pasiyentləri qəbul edir.
Bütün xəstələrin tibbi təqibləri, baxımları 24 saat müddətində təcrübəli həkim və tibb bacıları tərəfindən nəzarət altında olur. Yatan xəstələrə xüsusi tibb personalları tərəfindən yüksək səviyyədə tibbi xidmət göstərilir, həkim dietoloqun nəzarəti altında səhər, günorta, axşam yeməkləri verilir, xəstə evə buraxılanadək yüksək təcrübəli həkimlərin təqibində olurlar.
Klinikanın xüsusi yeməkxanası vardır. Xəstəxanamızın mətbəxi əməliyyat olunmuş xəstələrin hər birinə fərdi olaraq yanaşma ilə yüksək səviyyədə xidmət göstərir. Belə ki, burada beynəlxalq standartlara uyğun tərtib olunmuş pəhriz stolları xəstənin keçirmiş əməliyyatlara uyğun olaraq hər bir xəstəyə individual olaraq təyin olunur.
Stasionar müalicə prosesi ərzində xəstənin müxtəlif yoluxucu respirator xəstəliklərə yoluxma ehtimalını minimuma endirmək və müalicə işinin maksimal effektliyini təmin etmək məqsədi ilə xəstəxana administrasiyası xəstə yanına gəlmiş şəxslər üçün vaxt müəyyən etmişdir:
I-VII günlər (18:00-dən 20:00-dək)

Sanitar normalara cavab verən 7/24 saat çalışan laboratoriyamızda keçirilən bütün bölümlər üzrə müayinələr, bütün mərhələlərdə təlimatlara ciddi riayət olunmaqla aparılır.
Laboratoriyamız Avropa, Türkiyə, Bakı klinikalarının laboratoriyaları ilə müqavilə əsasında, Azərbaycanda edilməyən nadir analizləri də qəbul edir.

Mərkəzi Klinika Gəncə Xəstəxanasında digər şöbələrlə bərabər 7/24 saat ərzində təcrübəli və dinamik tibbi heyət ilə birlikdə həm xəstəxana şəraitində, həm də hadisə yerində fasiləsiz və operativ olaraq “Təcili Tibbi Yardım və Səyyar tibbi Xidmət” Şöbəsi xidməti göstərir.

Xəstəxanamızın kompyuterləşdirilmiş sistemdə qurulmuş şəbəkəsi bütün tibbi sənədləşmə prosesini sürətlə icra etmək, statistik işləmək, arxivləşdirmək, görüntüləmə və laborator müayinələrin nəticələrini həm müalicə həkimlərinə, həm də avtomatik rejimdə rəsmi saytımıza və eləcə də dünyanın hər hansı ölkəsindəki mütəxəssisə ötürmək imkanına malikdir.

Меню